Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2848
18.03.2025, 13:03
Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ötən gün sosial şəbəkələrin xarici seqmentində Azərbaycanın dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.
Faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılan ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.
Həmçinin oxuyun
Məlumata əsasən, Azərbaycan vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlunun 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı martın 15-də özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşması müəyyənləşdirilib. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.
"Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.
Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək", - DTX-nın məlumatında qeyd olunub.
15:39 / 13 Dekabr 2025
3
15:08 / 13 Dekabr 2025
606
14:50 / 13 Dekabr 2025
37
14:38 / 13 Dekabr 2025
53
14:28 / 13 Dekabr 2025
53
14:22 / 13 Dekabr 2025
49
14:12 / 13 Dekabr 2025
162
13:14 / 13 Dekabr 2025
543
13:07 / 13 Dekabr 2025
308
12:58 / 13 Dekabr 2025
164
12:16 / 13 Dekabr 2025
967
12:08 / 13 Dekabr 2025
111
11:44 / 13 Dekabr 2025
76
11:30 / 13 Dekabr 2025
91
11:09 / 13 Dekabr 2025
916
11:07 / 13 Dekabr 2025
404
10:25 / 13 Dekabr 2025
1111
09:15 / 13 Dekabr 2025
875
09:06 / 13 Dekabr 2025
721
08:45 / 13 Dekabr 2025
133
08:37 / 13 Dekabr 2025
159
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1118
00:01 / 13 Dekabr 2025
751
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.